Türkiyənin Xarici İşlər Nazirliyi Suriyada İŞİD mövqelərinə zərbələr endirən rus qırıcılarının Türkiyənin hava sərhədini pozduğunu bəyan edib.
Türkiyənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları sərhəd pozucuları ilə bağlı məlumat daxil olan kimi havaya qalxıb.
Türkiyə XİN-in məlumatında qeyd edilir ki, Rusiyaya məsələ ilə bağlı dərhal etiraz notası verilib. Eləcə də ABŞ, İngiltərə, Fransa və İtaliyanın xarici siyasət idarələri məlumatlandırılıb.
Qeyd edək ki, rus qırıcıları oktyabrın 3-də yerli vaxtla saat 12:08-də Türkiyənin Hatay bölgəsinin üzərində görünüb.
Türkiyə NATO ölkəsi kimi öz müttəfiqlərini baş verənlərlə bağlı məlumatlandırıb və Rusiya Federasiyasının məsuliyyət daşıdığını bildirib.