Rus sülhməramlıları nəyə görə aksiya iştirakçılarının foto və videosunu çəkir? - AÇIQLAMA

Rus sülhməramlıları nəyə görə aksiya iştirakçılarının foto və videosunu çəkir? - AÇIQLAMA
SOSİAL
16:42 19.12.2022
627
Xəbər verdiyimiz kimi, Rusiya Sülhməramlıları Qüvvələrinin əsgərləri aksiya iştirakçılarının fotosunu çəkərkən görüntülənib. Şuşa-Xankəndi yolundakı aksiya təşkil edilən ərazidə rus sülhməramlılarının iştirakçıları lentə aldığı görünüb. Sülhməramlıların hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Bəs rus sülhməramlıların aksiya iştirakçılarının görüntülərini qeydə alması hansı məqsədlə ola bilər?

Hərbi ekspert Ramil Məmmədli AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.

Ekspert qeyd edib ki, Rusiya sülhməramlıları özləri üçün arxiv toplayırlar:

"Rusiya sülhməramlıları hərbi qurumdur. Onlar da baş verən prosesləri nəzarətdə saxlamağa çalışırlar. Sülhməramlıların da aksiya iştirakçılarının fotolarını, görüntülərini çəkməsi məsələsi də, təbii ki, kəşfiyyat, təhlükəsizlik məsələləri məqsədilə həyata keçirilir. Bir sözlə, Rusiyanın hərbi qurumu özləri üçün arxiv toplayırlar. Aksiyada iştirak edən şəxslərin videogörüntüsünü, şəkillərini çəkməklə onlar da prosesin gedişatına nəzarət etmək istəyirlər”.
 


Ekspert bildirib ki, onlar bununla hadisələri öz müşahidələrində saxlamağa çalışırlar:

"Yəqin ki, artıq aksiya prosesi canlı formada, onlayn şəkildə onlar tərəfindən qeydə alınır. Bununla hadisələri öz müşahidələrində saxlamağa çalışırlar. Təbii ki, bu, müəyyən narahatlıq yarada bilər. Amma burada Azərbaycan tərəfinin etiraz edəcəyi bir məsələ də yoxdur. Normal prosesdir ki, Rusiya onu da icra edir”.
 
Aydın Nuri 
 



OXŞAR XƏBƏRLƏR