Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırıb

Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırıb
DÜNYA
20:54 05.01.2026
111
"Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir".

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.

O qeyd edib ki, "Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır".

"Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək", - daimi nümayəndə əlavə edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR