Rusiya Ali Məhkəməsi Navalnının fondunu terror təşkilatı kimi tanıyıb

Rusiya Ali Məhkəməsi Navalnının fondunu terror təşkilatı kimi tanıyıb
DÜNYA
16:42 27.11.2025
87
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiasına əsasən Korrupsiya ilə mübarizə Fondunu (FBK) terror təşkilatı kimi tanıyıb.

Məhkəmə Fondun terror təşkilatı kimi tanımaq qərarının dərhal icra edilməli olduğunu açıqlayıb.

Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində ölən Aleksey Navalnı tərəfindən yaradılıb.

Rusiya daha əvvəl FBK-nı ekstremist təşkilat, xarici agent kimi tanıyıb və bu təşkilatın fəaliyyəti Rusiya Federasiyasında qadağan edilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR