Rusiya "Amnesty İnternational"ı “arzuolunmaz təşkilat” elan edib

Rusiya "Amnesty İnternational"ı “arzuolunmaz təşkilat” elan edib
DÜNYA
14:56 19.05.2025
374
Rusiya Baş Prokurorluğu "Amnesty İnternational"ın Rusiyadakı fəaliyyətini "arzuolunmaz” elan edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu "Amnesty İnternational" təşkilatını "arzuolunmaz təşkilat” elan etmək qərarına gəlib.

Baş Prokurorluq "Amnesty International"ın Rusiyadakı fəaliyyəti ilə bağlı yazılı açıqlama yayıb.

Sözügedən qurumun Rusiyaya qarşı layihələr həyata keçirdiyi və Ukraynaya dəstək verdiyi ifadə edilən açıqlamada, "Londonda qeydiyyatdan keçmiş beynəlxalq qeyri-hökumət təşkilatı "Amnesty International Limited”in Rusiyadakı fəaliyyətinin "arzuolunmaz” olaraq tanınması ilə bağlı qərar qəbul edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR