Rusiya ATƏT PA-da iştirakını dayandırdı

Rusiya ATƏT PA-da iştirakını dayandırdı
DÜNYA
14:03 03.07.2024
116
Rusiya Dövlət Duması və Federasiya Şurası bu ölkənin Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib.

Bu barədə "Kommersant” məlumat yayıb.

"Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, - Dövlət Dumasının bəyanatında qeyd edilib.

Sənəd ATƏT PA və BMT-yə də göndəriləcək.
 
///report
OXŞAR XƏBƏRLƏR