Rusiya ATƏT PA-nın tərkibindən çıxmayacaq

Rusiya ATƏT PA-nın tərkibindən çıxmayacaq
DÜNYA
17:42 05.07.2022
314
Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibindən çıxmır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Vladimir Cabarov bildirib.

"Kimsə bizim ATƏT PA-dan çıxacağımızı arzu edirsə, ciddi səhv edir. Çünki bu gün Rusiya ATƏT-in təsisçi ölkələrindən biridir”, - Vladimir Cabarov qeyd edib.

O, bu baxımdan Rusiyanın sonradan üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə ATƏT PA arasında fərq qoyduğunu əlavə edib.
OXŞAR XƏBƏRLƏR