Rusiya aviaşirkəti Bakıdan Saratova uçuşlara başlayır

Rusiya aviaşirkəti Bakıdan Saratova uçuşlara başlayır
SOSİAL
18:29 04.07.2023
247
Bu gündən Rusiyanın "İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsinə başlayır.

AZXEBER.COM xəbər verir ki, aviareyslər həftədə bir dəfə - çərşənbə axşamı günləri "Superjet-100" təyyarələri ilə yerinə yetiriləcək.

Bakıdan saat 16:55-də havaya qalxan təyyarə yerli vaxtla saat 19:05-də Saratova enəcək, saat 20:20-da isə oradan havaya qalxaraq 22:55-də Azərbaycanın paytaxtına enəcək. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 300 manat) başlayır.
OXŞAR XƏBƏRLƏR