Rusiya hökuməti avqustun 1-dən əvvəllər Ukrayna ilə razılaşma əsasında fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsinin rəsmi olaraq bağlanması barədə göstəriş verib.
Bununla bağlı sənədi Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
"2025-ci il avqustun 1-dən etibarən Rusiya Federasiyası hökuməti ilə Ukrayna hökuməti arasında 8 fevral 1995-ci il tarixli Rusiya Federasiyası ilə Ukrayna arasında dövlət sərhədində keçid məntəqələri haqqında sazişə uyğun olaraq müəyyən edilmiş dövlət sərhədindən keçid məntəqələri, əlavədə göstərilən siyahıya əsasən, bağlansın.”, - sənəddə deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, siyahıya 13 avtomobil və 7 dəmir yolu keçid məntəqəsi daxildir.
/APA