Rusiya Avropa İttifaqından təzminat tələb edəcək

Rusiya Avropa İttifaqından təzminat tələb edəcək
DÜNYA
15:57 20.04.2022
395
Rusiya sanksiyalardan itkiləri hesablayacaq və Aİ-dən təzminat tələb edəcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qanunsuzdur.
 
Bu barədə o, Telegram kanalında yazıb.
 
Vyaçeslav Volodin rusların məhdudiyyətlərdən nə qədər itirdiklərini hesablayacaqlarını və Qərbdən təzminat tələb edəcəklərini bildirib: "Rusiya Federasiyasına qarşı sanksiyalar qanunsuzdur. İqtisadiyyatımıza vurulan itkiləri hesablayacağıq. Onsuzda itirdiklərimizi kompensasiya etməli olacaqlar. Sadəcə bu bir az zaman ala bilər”.
 
Üstəlik o, Aİ-ni mavi yanacağın oğurlanmasında ittiham edib. "Aİ daim Rusiyanın qaz ehtiyatlarını oğurlayır, faktiki olaraq ölkə büdcəsindən pul götürürlər” Xatırladaq ki, Vladimir Putin Rusiya qazının rublla ödənilməsi zərurəti haqqında fərman imzalayıb. Aparıcı Avropa ölkələri müqavilələrin şərtlərinə istinad edərək bundan imtina ediblər. Lakin Macarıstanın baş naziri Viktor Orban Rusiya Federasiyası ilə rublla hesablaşmaya hazır olduğunu bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR