Rusiya gələcəkdə Avropa Oyunlarını keçirməyə namizəd ola bilər. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakı-2015 Avropa oyunlarının açılışından qabaq jurnalistlərə müsahibəsində bildirib.
"Bakıda keçirilən Avropa Oyunları bir ilkdir və mən əminəm ki, oyunlar bitəndən sonra bir çox ölkələr oyunlara ev sahibliyi etmək istəyəcəklər. Həmçinin Rusiya da yarışların keçirilməsinə namizəd ola bilər", - deyə Jukov qeyd edib.
Xatırladaq ki, bu gündən etibarən ölkəmizdə ilk Avropa Oyunları start götürür. Yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparacaqlar. BAkı-2015 iyunun 28-dək davam edəcək.