Rusiya Ayda tədqiqat aparacaq

Rusiya Ayda tədqiqat aparacaq
DÜNYA
15:41 01.04.2026
135
Roskosmos-un rəhbəri Dmitri Bakanov Rusiyanın yaxın zamanda Ayın səthini skan etməyə hazırlaşdığını və onun daxili quruluşunun öyrənilməsi üçün yeni texnologiyaların hazırlanmasına start veriləcəyini bildirib.

AZXEBER.COM xarici mıtbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkə Cin ilə birlikdə Ay proqramı üzərində əməkdaşlığı davam etdirir.
 
Layihəyə ümumilikdə 15 ölkənin qoşulmasının planlaşdırıldığı qeyd olunub.

Bakanov bildirib ki, 2026-cı ildən etibarən Ayın daxili quruluşunu öyrənmək üçün xüsusi elmi alətlərin hazırlanmasına başlanacaq.
 
O əlavə edib: "Biz Ayı skan edəcək, torpaq nümunələri toplayacaq və əldə olunan məlumatları Yerə ötürəcək eniş modulunun dizaynını tamamlamaq üzrəyik”.

 
Gülay
OXŞAR XƏBƏRLƏR