Bu gün Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Moskvada oynanacaq Rusiya-Azərbaycan matçına satılan biletlərin sayı açıqlanıb. AZXEBER.COM-un "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, matça 30 min bilet satılıb. Azərbaycan tərəfi isə qonaqlar üçün nəzərdə tutulmuş sektora 300 bilet sifariş edib.