Rusiya Azərbaycan neftinin tranzitini dayandırdı

İQTİSADİYYAT
17:09 14.05.2013
1476
Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib.Qərar Rusiyanın baş naziri Dmitri Medvedev tərəfindən mayın 5-də imzalanıb və bu gün dərc olunub.

Qərarla həmçinin Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı Azərbaycan tərəfini məlumatlandırmaq tapşırığı verilib.

Xatırladaq ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunub.// APA

OXŞAR XƏBƏRLƏR