Rusiya Azərbaycana sərmayəni artırır

İQTİSADİYYAT
13:09 17.07.2015
1702
Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya investisiyası artıb. 2015-ci ilin 6 ayı ərzində Rusiya investisiyası ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 221,9 milyona çatıb.AZXEBER.COM Dövlət Statistika Komitəsin-ə istinadən məlumatına görə, ümumilikdə Azərbaycana yatırılan xarici investisiyanın həcmi 2015-ci ilin ilk yarımilində 44,1 faiz artaraq 3,218 milyard olub. Bu vəsaitin 88,5 faizi Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, İsveç, ABŞ və Yaponiyanın payına düşür.

OXŞAR XƏBƏRLƏR