Rusiya Azərbaycanda AES tikməyi təklif edib

DÜNYA
20:20 03.10.2019
8615

Rusiyanın dövlət şirkəti olan "Rosatom”un baş direktoru Aleksey Lixaçov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən bildirib ki, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib.

 

"AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik, - deyə Lixaçov  açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanın özəlliyi ciddi tələbatın artmağındadır. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.

 

oxu.az

OXŞAR XƏBƏRLƏR