Rusiya Azərbaycanla pensiya sahəsində əməkdaşlıq barədə sazişi Dumaya təqdim edib

Rusiya Azərbaycanla pensiya sahəsində əməkdaşlıq barədə sazişi Dumaya təqdim edib
SİYASƏT
21:48 22.02.2023
295
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.
OXŞAR XƏBƏRLƏR