Rusiya Baş naziri Ermənistana səfər edib

Rusiya Baş naziri Ermənistana səfər edib
DÜNYA
19:54 24.08.2023
275
Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana işgüzar səfər edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Rusiya hökumətinin başçısını Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və başqaları qarşılayıblar.

Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək iclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri İttifaq daxilində inteqrasiya prosesinin dərinləşdirilməsini, orta və uzunmüddətli dövr üçün strateji inkişaf vektorlarını müəyyən olunmasını müzakirə edəcəklər.

OXŞAR XƏBƏRLƏR