Rusiya Baş Qərargah rəisi Ukraynada yaralandı

Rusiya Baş Qərargah rəisi Ukraynada yaralandı
DÜNYA
16:00 01.05.2022
476
Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.

"Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib. Məlumata görə, Gerasimov yaralanıb.

Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.
OXŞAR XƏBƏRLƏR