Rusiya bombaladığı türk əsgərləri ilə bağlı açıqlama verdi

Rusiya bombaladığı türk əsgərləri ilə bağlı açıqlama verdi
SOSİAL
16:40 10.02.2017
1469

Rusiya hərbi təyyarəsinin Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalamasına rəsmi Kreml münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya təyyarələrinin Türkiyənin verdiyi koordinantlara görə hərəkət etdiyini bildirib.

Fevralın 9-da Rusiya hərbi təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı səhvən bombalayıb. Hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.

Həmin gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Putin ölənlərlə bağlı başsağlığı verib.


///AzNews.az 
OXŞAR XƏBƏRLƏR