Rusiya Britaniya diplomatını ölkədən çıxarır

Rusiya Britaniya diplomatını ölkədən çıxarır
DÜNYA
15:37 15.01.2026
342
Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Britaniya səfirliyindən bir diplomatın kəşfiyyat agenti olduğu üçün ölkədən çıxarılacağını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirlik bildirib ki, diplomat Britaniya kəşfiyyatı üçün işləyirdi.

Müvəqqəti işlər vəkili Danae Dholakia nazirliyə çağırılıb və diplomatın akkreditasiyasının ləğv edildiyi bildirilib. Həmin diplomat iki həftə ərzində Rusiyanı tərk etməlidir.

Bəyanatda vurğulanıb ki, Rusiya Britaniya kəşfiyyatının ölkə ərazisində gizli fəaliyyətinə icazə verməyəcək və milli təhlükəsizlik maraqlarına uyğun olaraq addımlarını davam etdirəcək.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) diplomatın 1980-ci il təvəllüdlü Qaret Samuel Deyvis olduğunu açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR