Rusiya 45 xarici bankın kapital əməliyyatlarına qadağa qoyub.
AZXEBER.COM İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rusiyada UniCredit və Credit Suisse kimi banklar da daxil olmaqla, xarici kapital institutu statusuna malik 45 bankın kapital əməliyyatları qadağan edilib.
Qadağalar Rusiyanın "qeyri-dost” kimi xarakterizə etdiyi və ya xarici kapital təsisatları statusuna malik ölkələrə aid bankları əhatə edib. Siyahıda xarici banklar arasında İtaliyanın Intesa və UniCredit, İsveçrənin Credit Suisse və Avstriyanın Raiffeisen bankları, Rusiya bankları arasında Yandex-Bank və Ozon-Bank yer alıb.
Digər tərəfdən, Rusiya xarici ölkələrlə ticarətə tətbiq etdiyi müxtəlif məhdudiyyətləri 2023-cü ilin sonuna qədər uzadıb.
Rusiya hökuməti həmçinin texnologiya, telekommunikasiya, tibb, avtomobil, kənd təsərrüfatı və elektrik avadanlıqları başda olmaqla 200-dən çox məhsulun ixracına qadağa qoyub.
Günel