Rusiya bu iki ölkəyə sanksiya qoydu

Rusiya bu iki ölkəyə sanksiya qoydu
DÜNYA
11:49 08.04.2022
1263
Rusiya Avstraliya və Yeni Zelandiyaya qarşı sanksiyalar tətbiq edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Avstraliya və Yeni Zelandiya vətəndaşlarına, o cümlədən hökumət və parlament üzvlərinə qarşı sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Qərara əsasən, Avstraliyanın Baş naziri Skott Morrison, Avstraliya Milli Təhlükəsizlik Komitəsinin üzvləri, Nümayəndələr Palatasının, Senatın və regional qanunverici orqanların üzvləri də daxil olmaqla 228 Avstraliya vətəndaşının qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulub.

Yaxın gələcəkdə Rusiyaya qarşı mənfi münasibətin olması ilə bağlı Avstraliya hərbçiləri, iş adamları, ekspertlər və media mənsubları da qara siyahıya salınacaq.

Yeni Zelandiyanın da Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq etdiyi bildirilən bəyanatda, aralarında Yeni Zelandiyanın baş naziri Casinda Ardern, Yeni Zelandiyanın general-qubernatoru Sintia Kiro, hökumət və parlament üzvləri də daxil olmaqla 130 vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub. 

Açıqlamada qeyd olunub ki, sözügedən sanksiyalar bu gündən qüvvəyə minir.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR