Rusiya bu ölkələrə neft nəqlini dayandırdı: Səbəb yenə Ukraynadır

Rusiya bu ölkələrə neft nəqlini dayandırdı: Səbəb yenə Ukraynadır
DÜNYA
13:00 10.08.2022
446
Rusiya 3 Avropa ölkəsinə neft nəqlini dayandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın neft kəməri "Transneft” şirkəti Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınmasının dayandırıldığını bildirib. Neft nəqlinin dayandırıldığı ölkələr arasında Macarıstan, Çexiya və Slovakiya var.

 "Transneft”dən verilən açıqlamada bildirilib ki, gəmiçilik xidməti üçün "Ukrtransnafta”ya edilən son ilkin ödənişlər "Transneft”ə qaytarılıb. Sözügedən vəziyyətin Aİ-nin sanksiyaları səbəbindən yarandığı vurğulanıb.

Şirkətin "Drujba” xəttinin digər filiallarında da daşımaların davam etdiyi, Belarus üzərindən Polşa və Almaniyaya daşınmalarda heç bir problem olmadığı bildirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR