Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən avtomobil sənayesində SSRİ dövrü demək olar ki, geri qayıdıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın Renault avtomobil markasının Rusiyaya tətbiq etdiyi sanksiyalara görə boşaldığı Moskvadakı zavod SSRİ dövrünün ikonik "Moskviç” avtomobillərinə həyat verib.
Ötən il paytaxt Moskvada "Moskviç” fabrikinin rəsmi açılışı olub. Zavoddan enən ilk avtomobil krossover seqmentində istehsal edilən "Moskviç 3" modeli olub.
Şirkət yeni modeli ildə 100 min avtomobil istehsal etməyi hədəfləyir.
Ayşən