Rusiya bu şəxslərin ölkəyə girişini qadağan etdi

Rusiya bu şəxslərin ölkəyə girişini qadağan etdi
DÜNYA
19:23 14.10.2022
298
Rusiya Monteneqronun xarici işlər naziri Ranko Krivokapiç, müdafiə naziri Raşko Koneviç və Milli Təhlükəsizlik Agentliyinin sabiq direktoru Savo Kenteranın ölkəyə daxil olmasını qadağan edib.

Bu barədə Rusiya XİN-in bu gün Monteneqro səfirliyinə ünvanlanmış notasında deyilir.

Qeyd olunur ki, bu addım Monteneqronun sentyabrın sonunda 6 rusiyalı diplomatın arzuolunmaz şəxs elan olunması qərarına cavab olaraq atılıb.

Həmin qərardan sonra Monteneqronun Rusiyadakı səfirliyinin konsulluq şöbəsi də işini dayandırmışdı.
OXŞAR XƏBƏRLƏR