Rusiyada "Wall Street Journal”nın jurnalisti Evan Gerşkoviçin həbs müddəti 3 ay uzadılıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, jurnalist mart ayından Moskvada həbs olunub. Gerşkoviçİn həbs müddətinin 30 noyabr 2023-cü ilə qədər uzadılmasına qərar verildiyi açıqlanıb.
Qeyd edək ki, "The Wall Street Journal”ın Moskva müxbiri, 31 yaşlı ABŞ vətəndaşı Evan Gerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb. Onun Rusiya ordusunun sənaye kompleksi ilə bağlı məlumat topladığı bildirilib.
Şəbnəm