"Rusiya cəbhədə hər gün 500 əsgər itirir" - ABŞ kəşfiyyatı

"Rusiya cəbhədə hər gün 500 əsgər itirir" - ABŞ kəşfiyyatı
DÜNYA
17:09 12.08.2022
241
"Ukraynada cəbhədə hər gün 500 rus işğalçısı ölür və ya yaralanır. Ukrayna Silahlı Qüvvələrinin yeni silahlarla təmin olunması səbəbindən Rusiyanın ümumi hücum tempi aşağı düşüb".
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirinin müşaviri Kolin Kalın deyib. "Hesab edirəm ki, rusların 6 aydan az müddətdə 70,000 və ya 80,000 itki verdiyini güman etmək olar.
 
Onun sözlərinə görə, ruslar Ukraynanın şərqində bəzi kiçik uğurlar əldə ediblər, lakin bu, yeni silahlar və Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri səbəbindən onlara olduqca baha başa gəlib. Bu cür itkilər Rusiyanın ilin sonuna qədər Ukraynanın şərqini ələ keçirə bilməyəcəyi anlamına gəlir.
OXŞAR XƏBƏRLƏR