Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini zərərsizləşdirib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk deyib.
Lakin o, öldürülən komandirin ad-soyadını açıqlamayıb.
Spiker söyləyib ki, Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub: "Yaxşı xəbər var - Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib. Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin aqibəti belə olacaq. Onları bağışlamaq olmaz".