Rusiya diplomatlarının Avropa Parlamentinə girişi qadağan edildi

Rusiya diplomatlarının Avropa Parlamentinə girişi qadağan edildi
DÜNYA
19:09 18.03.2022
291
Avropa Parlamenti (AP) Brüssel və Strasburqdakı iqamətgahlarına Rusiya diplomatlarının və dövlət məmurlarının girişinə qadağa qoyub.

AZXEBER.COM xəbər verir ki, bunu AP prezidenti Roberta Metsola tviter hesabında bildirib:

"Bu gündən etibarən, Rusiya və Belarus diplomatları, hökumət rəsmilərinin Avropa Parlamentinin binalarına daxil olmaları qadağandır. Demokratiya Evində demokratik düzəni dağıtmaq istəyənlərə yer yoxdur”.
OXŞAR XƏBƏRLƏR