Rusiya Dnepri dronlarla vurub, 14 nəfər yaralanıb

Rusiya Dnepri dronlarla vurub, 14 nəfər yaralanıb
DÜNYA
12:05 23.11.2025
78
Noyabrın 23-nə keçən gecə Rusiya ordusu Dnepr şəhərinə dronlarla hücum edib. Hava hücumu nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla, 14 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Vladislav Qayvanenko teleqram səhifəsində bildirib.

Bundan əlavə, hava hücumu nəticəsində doqquz mərtəbəli binanın eyvanları və fərdi evin bir hissəsi yanıb. Altı avtomobilə də ziyan dəyib.
 
/Unikal
OXŞAR XƏBƏRLƏR