Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
DÜNYA
16:26 29.08.2026
151
Rusiya Ukraynanın Donetsk və Sumı regionlarında bir sıra bölgələri ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumı regionunda yerləşən Xrapovşina kəndi və Donetsdə yerləşən Novoandreyevka, Rubijnye kəndləri ələ keçirilib.

Həmçinin, ötən gün ərzində Ukrayna ordusunun 1425 hərbçi itirdiyi bildirilib.

Hələlik, Ukrayna tərəfi məsələyə münasibət bildirməyib.

///apa.az///
OXŞAR XƏBƏRLƏR