Rusiya Dumasının komitə sədri: "Qarabağ problemi həll olunub"

Rusiya Dumasının komitə sədri: "Qarabağ problemi həll olunub"
SİYASƏT
08:25 15.10.2021
421
"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ problemini həll edərək tarixə düşüb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Azərbaycan din xadimlərinin Rusiyanın dini icma rəhbərləri və bu ölkədəki diaspor nümayəndələri ilə İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunan görüşdəki çıxışında bildirib.

O, Prezident İlham Əliyevin öz atası Heydər Əliyevin işini davam etdirərək Qarabağ problemini həll etdiyini və bunun sayəsində tarixə düşdüyünü söyləyib: "İlham Əliyev Dağlıq Qarabağı Azərbaycana qaytararaq adını tarixə yazıb. Yanılmaq lazım deyil. Bu ərazilərin tarixindən özlərini məlumatlı hesab edənlər anlamalıdır ki, burada bir həqiqət var, o da hazırki mövcud vəziyyətdir. Burada əsas rol Azərbaycan Prezidentinindir, hansı ki, o, addımbaaddım bugünkü günə gəlib çıxıb, Heydər Əliyevin vəsiyyətini yerinə yetirib. Tarixi həqiqət birdir və bu həqiqət zəfər çaldı. İlham Əliyev Qarabağ münaqişəsini həll edərək öz xalqının və dünya tarixinə düşdü”.

"İndi çox əziyyətlər çəkən torpağın sakinlərinin çox mürəkkəb olan rifah problemini həll etmək vacibdir. Bilirik ki, İlham Əliyev ən müasir Prezidentdir, o, həmin ərazilərdə gələcək qurur və bu, onda mütləq alınacaq. Bu vəzifə praktiki olaraq həlledilməz idi. Lakin bugünkü Azərbaycan bir çox həlledilməz vəzifələrin öhdəsindən gəlib. Ölkə yoxsulluqla mübarizədə qalib gəlib, postsovet məkanında iqtisadiyyatı ən çox inkişaf edən ölkəyə çevrilib. Sözsüz ki, Azərbaycan indi qarşısına qoyduğu vəzifələrin də öhdəsindən gələcək”, - deyə rusiyalı deputat vurğulayıb.

Leonid Slutski Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu xüsusi ilə qeyd edib: "Bu gün Azərbaycan Rusiyanın postsovet məkanında ən etirbarlı tərəfdaşıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"