“Rusiya dünyanı Dəccalın gəlişindən qoruyur”

“Rusiya dünyanı Dəccalın gəlişindən qoruyur”
DÜNYA
14:19 11.07.2023
172
Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill bildirib ki, bir çox insanlar, o cümlədən Qərbdə olanlar Rusiyanı Dəccalın dünyaya gəlişinin qarşısını alan ölkə kimi görürlər.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill Oboronnı adasındakı monastırda keçirilən mərasimdən sonra toplaşan insanlara danışıb.

Onun sözlərinə görə Qərbdə olanlar da daxil olmaqla bir çox insan Rusiyaya son qala kimi böyük diqqət və ümidlə baxır:

"İncilin dili ilə desək, Rusiya şərin tam hökmranlığına, yəni Dəccalın gəlişinə qarşı çəkindirici qüvvəyə çevrilir. Belə bir dövrdə kilsəmizin xalqımız, ölkəmiz və ümumən bütün dünya qarşısında böyük mənəvi məsuliyyət daşıdığının fərqində olmalıyıq”.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR