Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti Gəncə haqqında məqalə dərc edib

Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti Gəncə haqqında məqalə dərc edib
SOSİAL
14:30 17.07.2018
3098

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan "Poisk” qəzetinin növbəti nömrəsində qədim Gəncə şəhəri haqqında geniş məqalə dərc edilib. Materialda Böyük İpək Yolu üzərində yerləşən, dahi Nizami Gəncəvinin doğulduğu bu şəhərin əsrlərboyu Azərbaycanın tarixində mühüm rol oynadığı bildirilir.

 

AMEA-dan bildiriblər ki, məqalədə, həmçinin Nizami Gəncəvinin əsərləri barədə danışılır, böyük şairin məqbərəsinin bu şəhərin yaxınlığında olduğu qeyd olunur.

Yazıda Gəncənin tarixi haqqında da söhbət açılır. Qədimliklə müasirliyin qovuşduğu Gəncədə Karvansaray, Çökək Hamam, Şah Abbas Məscidi, Cavad xan Türbəsi, "İmamzadə” Dini Kompleksi və Nizami Məqbərəsi ilə tanış olan müəlliflər oxuculara şəhərin tarixi barədə ətraflı məlumat veriblər.


OXŞAR XƏBƏRLƏR