Rusiya Ərdoğanın səfərindən əvvəl Ukraynanın ən böyük taxıl limanını vurdu

Rusiya Ərdoğanın səfərindən əvvəl Ukraynanın ən böyük taxıl limanını vurdu
DÜNYA
11:19 04.09.2023
205
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, görüşün əsas mövzusunun dünyanın həllini gözlədiyi taxıl dəhlizi məsələsi olacağı bildirilsə də, Ərdoğanın səfərindən saatlar əvvəl yaşanan bir hadisə gündəmə düşüb.
 
Belə ki, Rusiya Ukraynanın ən böyük taxıl ixrac edən limanlarından biri olan İzmail limanına hava zərbəsi endirib.
 
Hücumun 3.5 saat davam etdiyi bildirilərkən Odessa qubernatoru açıqlama verərək anbar və istehsal müəssisələrinin, mülki əhalinin yaşadığı bəzi binaların zərər gördüyünü açıqlayıb. Qubernator Oleh Kiper "17 pilotsuz uçuş aparatı vuruldu, lakin bəziləri İzmail bölgəsində hədəflərini vurdu. İlkin təsbitlərə görə, indiyə qədər ölən və yaralanan yoxdur", - deyib.

Qeyd edək ki, Rusiya bu hücumdan əvvəl Dunay çayının əhəmiyyətli limanı olan Renini vurub, ən az 2 nəfər yaralanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR