Rusiya Ermənistandakı ordusunu gücləndirir

DÜNYA
17:40 04.03.2014
1096

Miq-29 təyyarələri modernizasiya olunub.

Rusiya öz qırıcılarını Ermənistandakı aviabazasına göndərir

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu haqda məlumatı RF Müdafiə Nazirliyinin Cənubi hərbi əyalətinin mətbuat xidmətinin rəhbəri polkovnik İqor Qorbul verib.

İ.Qorbulun sözlərinə görə, kapital təmir və modernizasiya keçən Miq-29 təyyarələri Ermənistanda yerləşən “Erebuni” aviabazasına göndərilib. Amma təyyarələrin dəqiq sayını bildirməyib.

Qeyd edək ki, Ermənistanda yerləşən Rusiya aviabazasının sərəncamında 18 ədəd Miq-29 qırıcı var.

OXŞAR XƏBƏRLƏR