“Rusiya əsgərlərini geri çəkmir, yerdəyişmə edir” - Yeni hücum planının ŞOK DETALLARI

“Rusiya əsgərlərini geri çəkmir, yerdəyişmə edir” - Yeni hücum planının ŞOK DETALLARI
DÜNYA
14:15 30.03.2022
754
Dünənki İstanbul danışıqlarında iştirak edən Rusiya Müdafiə Nazirinin müavini Fomin, Rusiyanın Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmağa qərar verdiklərini açıqlamışdı.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını azaltmaq qərarına ehtiyatla yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, Kiyev və ətrafına qoşunların səfərbər edilməsi geri çəkilmə deyil, qüvvələrin yerdəyişməsidir.

Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqlar və Rusiyanın Kiyev və Çerniqov bölgələrində hərbi əməliyyatları əhəmiyyətli dərəcədə azaltmaq qərarı ilə bağlı suala Bedinqfild "Biz bu məsələni izləməliyik və Rusiyanın sözlərlə deyil, hərəkətlərini görməliyik", deyə cavab verib.

Hər kəsin bu hadisələrə açıq fikirli olması lazım olduğunu ifadə edən Bedinqfild Rusiya inanmağın doğru olmadığını bildirib:

"Rusiyanın sözlərinə heç kim aldanmamalıdır. Biz inanırıq ki, Kiyev və ətrafında qoşunların səfərbər edilməsi geri çəkilmə deyil, qüvvələrin yerdəyişməsidir. Bütün dünya Ukraynanın digər bölgələrinə qarşı ağır hücumlara hazır olmalıdır”. 

ABŞ və müttəfiqlərinin Moskvaya qarşı sərt mövqelərini davam etdirəcəklərini vurğulayan Bedinqfild Rusiya iqtisadiyyatına təzyiqləri davam etdirəcəklərini vurğulayıb.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR