Rusiya Ukraynada əsir götürülən Britaniya əsgərlərinin görüntülərini yayıb.
AZXEBER.COM xəbər verir ki, Rusiya dövlət televiziyası Ukraynada döyüşərkən əsir düşən britaniyalı əsgərlərin görüntülərini yayıb.
Britaniya ordusunun keçmiş zabiti 48 yaşlı Şaun Pinner onların Ukraynada əsir götürülən rus əsgərlərlə dəyişdirilməsini istəyib.
Mariupolda rus ordusu tərəfindən əsir götürülən Ukrayna ordusunun britaniyalı əsgəri Aiden Aslinin də görüntüləri Rusiya dövlət televiziyasında yayımlanıb.
Ayşən