Rusiyanın Federal Miqrasiya Xidməti əmək miqrantlarının rus dilindən imtahan verməsini nəzərdə tutann qanunun bütün miqrantlara şamil olunması istəyir.AZXEBER.COM-un məlumatına, bunu “RİA Novosti”yə müsahibəsində qurumun rəhbəri Konstantin Romodanovski deyib. Onun sözlərinə görə, bu norma 2015-ci ildən qüvvəyə minə bilər. Romodanovski xatırladıb ki, derkabrın 1-dən qüvvəyə minən yeni qanun hələlik yalnız mənzil-kommunal təsərrüfatı sahəsində çalışan miqrantlara aiddir: “2015-ci ildə bu norma bütün kateqoriyalara aid olan miqrantlara şamil ediləcək”.Bununla belə qurum rəhbəri qeyd edib ki, yüksək kvalifikasiyalı mütəxəssislərə müəyyən güzəştlər ediləcək.