Rusiya Finlandiya və Baltikyanını işğal edə bilər - İDDİA

DÜNYA
16:34 03.08.2015
1440
Rusiya Finlandiya və Baltikyanı ölkələrə hücum edə bilər.Bu barədə Ukrayna prezidenti Petro Poroşenko Avstriya nəşri “Kurier”ə müsahibəsi zamanı bildirib.Poroşenkonun fikrincə, Rusiya prezidenti Ukraynaya olduğu kimi bütün dünyaya da təhlükə kəsb edir.“Onun Finlandiyaya hücum etməsi mümkündürmü? Bəli. Bəs Baltikyanıya necə? Bəli. Qara dəniz dövlətlərinə? Bəli”, -deyə Poroşenko müsahibəsi zamanı bildirib.Poroşenko həmçinin əlavə edib ki, Ukraynanın şərqində aparılan mübarizə təkcə Ukraynanın müstəqilliyi üçün deyil, həm də Avropada demokratiya, azadlıq və təhlükəsizlik üçündür.
OXŞAR XƏBƏRLƏR