Rusiya və Serbiya futbol yığmaları arasında keçiriləcək yoxlama oyununu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Arda Kardeşler, köməkçiləri Abdullah Bora Ezkara və Murat Tuğberk Cürbay, VAR hakimi Hakan Ceylan və köməkçisi Serkan Tokat olacaq.
Qeyd edək ki, Rusiya və Serbiya milli komandaları arasında görüş martın 21-də baş tutacaq.