Rusiya gəmiləri Odessanı atəşə tutdu

Rusiya gəmiləri Odessanı atəşə tutdu
DÜNYA
09:25 16.03.2022
369
Gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığındakı Ukrayna sahillərini atəşə tutub.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbuk səhifəsində məlumat verib.

"Uzaq məsafədən böyük miqdarda sursat atdılar. Onlar sahil müdafiə sistemini sınaqdan keçirmək istəyirdilər. Nəticə əldə etmədilər", - deyə Geraşenko bildirib.

Onun sözlərinə görə, gəmilərdən Ukrayna sahilləri raket və artilleriyadan atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR