Rusiya "Google" və "Telegram"ı cərimələdi

Rusiya "Google" və "Telegram"ı cərimələdi
DÜNYA
15:17 25.02.2026
278
Rusiyada məhkəmə "Google" və "Telegram" platformalarına qarşı maliyyə sanksiyaları tətbiq edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Google"yə 22 milyon rubl, "Telegram"a isə 7 milyon rubl cərimə kəsilib.

Məlumata görə, Google Google Play vasitəsilə VPN xidmətlərinə çıxış təmin etdiyi üçün qanun pozuntusunda ittiham olunub. Məhkəmə qərarına əsasən, şirkətə 22 milyon rubl (təxminən 288 min dollar) məbləğində cərimə ödəmək barədə qərar verilib. İşə paytaxt Moskvada baxılıb.

Telegram isə tətbiqi vasitəsilə yayılan və qadağan olunmuş məzmunun silinməməsinə görə cərimələnib. Məhkəmə qərarında qeyd olunur ki, platforma spirtli içki satışını və LGBT məzmununu təşviq edən materialları aradan qaldırmadığı üçün 7 milyon rubl (təxminən 91 min 680 dollar) cərimə olunub.

Qeyd edək ki, bundan əvvəl də Rusiyada Apple, Instagram, TikTok və Facebook kimi bir sıra xarici platformalara oxşar cərimələr tətbiq edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR