Rusiya “Google”ni 8 milyard cərimələdi

DÜNYA
17:01 14.01.2025
153
Rusiyada "Google” 8 milyard rubl (78 milyon dollar) cərimələnib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Google"yə qarşı açılan iddiaya paytaxt Moskvada baxılıb. 

Məhkəmə platformanın daha əvvəl tətbiq etdiyi cərimələri ödəmədiyi üçün "Google"yə 8 milyard rubl cərimə ödəməyə məcbur edib.

"Google”dən başqa ölkədə "Apple”, "X”, "Instagram” və "Facebook” kimi müxtəlif xarici platformalar da müəyyən məzmuna girişi əngəlləmədiyinə görə cərimələnib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR