Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
DÜNYA
05:19 12.09.2026
71
Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində ölkənin müxtəlif regionları və Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus 67 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək növbətçi hava hücumundan müdafiə qüvvələri təyyarə tipli 67 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.