Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlandı

Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlandı
DÜNYA
18:25 20.10.2023
150
Rusiya və Gürcüstan arasında yerləşən "Verxniy Lars" keçid məntəqəsində qumbaraatan mərmisi aşkar edilib.

Şimali Osetiyada "Verxniy Lars" nəzarət-buraxılış məntəqəsinin şimal tərəfində ekskavator yolu genişləndirmək üçün işləyərkən "VOQ-25” tipli qumbaraatan mərmisi tapılıb.

Hadisə yerinə ekspertlər cəlb olunub, mərmi zərərsizləşdirilib.

Rusiya hüquq mühafizə orqanları mərminin Rusiya-Gürcüstan sərhədinə necə düşdüyünün məlum olmadığını bildirib.
 
//report
OXŞAR XƏBƏRLƏR