Rusiya Gürcüstana yerləşdirdiyi qoşunların bir hissəsini Ukraynaya göndərir

Rusiya Gürcüstana yerləşdirdiyi qoşunların bir hissəsini Ukraynaya göndərir
DÜNYA
09:55 01.04.2022
722
Rusiya Ukraynaya müdaxiləsini gücləndirmək üçün qüvvələrinin bir hissəsini Gürcüstandan çıxarır.

Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, üç batalyon taktiki qrupun tərkibində 1200-dən 2000-ə qədər rus döyüşçü var.

"Rusiyanın bu şəkildə əlavə qüvvələr yaratmağı planlaşdırması ehtimalı çox azdır və bu, onun işğal zamanı məruz qaldığı gözlənilməz itkilərdən xəbər verir”, - deyə Britaniya kəşfiyyatının hesabatında qeyd edilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya xüsusilə Cənub Hərbi Dairəsinə daxil olan 4-cü (Tsxinvali bölgəsi, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələrindən 2000-ə yaxın hərbçi göndərib.
OXŞAR XƏBƏRLƏR