"Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır"

"Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır"
DÜNYA
15:14 16.12.2025
115
"Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasında qətiyyətlidir, lakin Tbilisinin Moskvaya qarşı yönəlmiş siyasətdə iştirak etməməsi əsas şərt kimi irəli sürülür".

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə açıqlamasında bildirib.

"Rusiya Gürcüstanla münasibətləri ciddi şəkildə normallaşdırmaq niyyətindədir. Əsas məsələ Gürcüstanın anti-Rusiya oyunlarında olmamasıdır", - o qeyd edib.

Onun sözlərinə görə, Moskva Tbilisi ilə sabit münasibətlərin qurulmasında maraqlıdır, çünki Gürcüstan xarici siyasətdə sağlam praqmatizm və çoxvektorlu yanaşma nümayiş etdirir.

"Gürcüstan Rusiyaya qarşı sanksiya koalisiyasına qoşulmaqdan imtina edib və Moskvaya qarşı 'ikinci cəbhə'nin yaradılması ideyasını rədd edib. Qərb Cənubi Qafqazı Rusiya üçün həssas nöqtə hesab edir və bu səbəbdən regionu Moskva ilə qarşıdurmaya sürükləməyə çalışır" , - deyə Mixail Kaluqin söyləyib.
OXŞAR XƏBƏRLƏR