Rusiya hakerləri enerji şirkətlərini hədəf alır

Rusiya hakerləri enerji şirkətlərini hədəf alır
DÜNYA
17:13 01.04.2022
434
Rusiya hakerləri enerji şirkətlərini hədəf alır.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya hakerlərinin ABŞ-da enerji şirkətlərinə hücum riski arta bilər.
 
Rusiyanın Ukraynaya hücumundan sonra internet mühitində gərginlik artır.
 
Xüsusilə rus hakerləri Ukraynadakı dövlət qurumlarını hədəfə alırlar.
 
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatlarına görə, rus hakerləri müharibə başlayandan bəri ölkədə fəaliyyət göstərən 20-dən çox şirkətin, o cümlədən 5 enerji şirkətinin zəifliyini araşdırıb.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra ABŞ enerji şirkətlərinin Rusiyanın kiberhücumlarına məruz qalma riski artıb. Mövzu ilə bağlı həftənin əvvəlində mətbuata açıqlama verən Ağ Evin Milli Təhlükəsizlik Müşavirinin müavini Anne Neuberger Rusiyanın ABŞ-a qarşı kiberhücum edəcəyinə dair kəşfiyyat məlumatlarının artdığını, lakin bəzi şirkətlərin uğursuzluğa düçar olduğunu bildirib.
 
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi 13000-dən çox şirkəti kiberhücumlara qarşı təhlükəsizlik imkanlarını gücləndirməyə çağırıb. Qeyd edək ki, Rusiya ilə ABŞ arasında kiberhücum gərginliyi çoxdan geridə qalıb. Bu məsələ ötən il ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşündə gündəmə gəlmişdi.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR